Qubadlı rayonunda təhlükəsizliyə tam nəzarət olunur
Bərdə, 1 mart, AZƏRTAC
Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qubadlı rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir. Rayon ərazisində postlar qurulub, təhlükəsizliyə tam nəzarət olunur.