Qubadlı rayonunun Qaraimanlı kəndi FOTO
Bakı, 22 yanvar, AZƏRTAC
Qubadlı rayonunun Qaraimanlı kəndi Balasoltanlı kənd inzibati ərazi dairəsində, Həkəri çayının sahilində dağətəyi ərazidə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 9-da kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Qaraimanlı kəndinin görüntülərini təqdim edir.