Qubadlı rayonunun Qaraqoyunlu kəndi FOTO
Bakı, 3 fevral, AZƏRTAC
Qubadlı rayonunun Qaraqoyunlu kəndi Tatar kənd inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir.
Qaraqoyunlu kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 9-da kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Qaraqoyunlu kəndinin görüntülərini təqdim edir.