Qubanın Küçeyi kəndində 20 Yanvar şəhidi Elçin Qeybullayevin xatirəsi anılmışdır
Quba, 20 yanvar (AZƏRTAC). Qubanın Küçeyi kəndində 20 Yanvar şəhidi Elçin Qeybullayevin xatirəsi anılmışdır.
AZƏRTAC xəbər verir ki, mərasimə rayon rəhbərliyi, kənd sakinləri və məktəblilər qatılmışdır.
Şəhid Elçin Qeybullayev 1968-ci ildə Küçeyi kəndində doğulub boya başa çatmış, hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərində işləməyə başlamışdır. Qanlı faciə baş verən gecə yoldaşları ilə birlikdə “Salyanski kazarma” deyilən yerdə tankların qarşısına əliyalın çıxan Elçin qəhrəmancasına şəhid olmuşdur.
Mərasimdə çıxış edənlər bildirmişdir ki, 20 Yanvar günü xalqımızın milli qəhrəmanlıq tarixidir. Bu tarix şəhidlərimizin qanı ilə yazıldığından heç zaman unudulmayacaqdır.
Quba rayonu Küçeyi kənd ümumi orta məktəbi şəhid Elçin Qeybullayevin adını daşıyır. Təhsil müəssisəsinin direktoru Ağamirzə Həsənov Elçinin yaddaşlarda əsl vətənpərvər kimi qaldığını qeyd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]