CƏMİYYƏT
Qubanın Qırız kəndində qar örtüyünün hündürlüyü 9 santimetr təşkil edib
Bakı, 17 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində oktyabrın 16-sı gündüzdən 17-si səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımasında arabir güclənib.
Departamentdən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6-15, Lənkəran-Astara zonasında 9-14, Böyük Qafqazda 1-13, Mərkəzi Aran rayonlarında 1-8, Kiçik Qafqazda 5-6, Qazax-Gəncə bölgəsində 0-4, Naxçıvan Muxtar Respublikasında 0-6 millimetr olub.
Qar örtüyünün hündürlüyü Qubanın Qırız kəndində 9, Qusarda - Xınalıq və Şahdağda 4 santimetr təşkil edib.