QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ
İranın ölkəmizdəki səfiri Əhəd Qəzai iştirakçıları bayram münasibətilə təbrik etmiş, hər bir müsəlman üçün əziz olan bu günün bütün İslam aləmində qeyd edildiyini vurğulamışdır. Səfir demişdir ki, “İmdad” komitəsi kimsəsizlərə, aztəminatlı ailələrə qurbanlıq paylamaq məqsədi ilə 300 baş qoyun almışdır. Onları kəsib ehtiyacı olanlara qurban payı çatdırmaq tədbirdə iştirak edən humanitar təşkilatların və xeyriyyə cəmiyyətlərinin rəhbərlərinə həvalə olunmuşdur.