Qurban Qurbanov: Bir neçə oyundan sonra daha da hazır olacağıq
Bakı, 4 fevral, AZƏRTAC
Oyunumuzda çatışmazlıqlar var. Qış fasiləsindən sonra ilk oyun olmasına baxmayaraq, pis alınmadı. Düşünülmüş hücumlar qurduq. Bir neçə oyundan sonra daha da hazır olacağıq. Üç xal geridəyik. Qalib gəlsəydik, daha yaxşı olardı. Qarşıdakı matçlara ciddi hazırlaşmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi" ilə (1:1) keçirilən oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Oyunun maraqlı alındığını bildirən Q.Qurbanov deyib: "Bu matçı əsl derbi adlandırardım. Hər iki komandanın qalib gəlmək istəyi hiss olunurdu. Bugünkü oyunu daha da gözəlləşdirən isə azarkeşlər oldu. Həm “Neftçi”, həm də “Qarabağ” azarkeşləri yaxşı dəstəklərini nümayiş etdirdilər. Futbolçulara təşəkkür edirəm. Layiqli mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşmalıyıq".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]