Qurban Qurbanov: Meydanda öz oyunumuzu sərgiləməyə çalışacağıq
Bakı, 17 oktyabr, AZƏRTAC
Rəqib komanda barədə çox danışmağa ehtiyac yoxdur. “Atletiko Madrid”i hamımız yaxşı tanıyırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Atletiko Madrid”i qəbul edəcək Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oktyabrın 17-də təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi bildirib: “Rəqib son dörd ildə iki dəfə UEFA Çempionlar Liqasının finalına yüksəlib və İspaniya çempionluğunu qazanıb. “Atletiko Madrid”in oyunlarına baxmışıq, özünəməxsus oyun üslubu, dəstxətti olan komandadır. Biz ən azı yaxşı mübarizə göstərməyə, meydanda öz oyunumuzu sərgiləməyə çalışacağıq. Çox istərdik ki, sabahkı matçda da azarkeşlər tribunaları doldursunlar”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ”-“Atletiko Madrid” oyunu oktyabrın 18-də saat 20:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]