Qurban Qurbanov: Milli komandada oynaya biləcək bütün futbolçulara diqqət artırılacaq
Bakı, 20 dekabr, AZƏRTAC
Gürcüstan ilə keçirəcəyimiz yoldaşlıq matçından əvvəl ola bilsin ki, başqa bir oyunumuz da olsun. Millətlər Liqasının başlanmasına qədər istərdim ki, oyunların sayı çox olsun. Mart və may aylarına da təlim-məşq toplanışı planlaşdırmışıq.
AZƏRTAC xəbər verir ki, bunu dekabrın 20-də futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“Ən yaxşı futbolçuları müəyyənləşdirib komandaya cəlb etməyə çalışmalıyıq. Yerli futbolçularımızdan maksimum dərəcədə istifadə edəcəyik. Milli komandanın heyətində ola bilər ki, dəyişikliklər olsun. Hər bir futbolçuya milli komandaya düşmək üçün şans veriləcək”, - deyə mütəxəssis bildirib.
Heyətə futbolçuları cəlb etmək üçün komandaların oyunlarını izləyəcəyini diqqətə çatdıran Q.Qurbanov qeyd edib: “Milli komandada köməkçilərim Elçin Rəhmanov və Çudomir Çakarov, qapıçılarla iş üzrə məşqçi isə Dmitri Kramarenko olacaq. Futbolçudan əvvəl biz təcrübəli məşqçi, həkim, fizioterapist yetişdirməliyik ki, aşağı yaşlı futbolçularımız sağlam böyüsünlər. Uşaq futbolunun inkişafına da təkan veriləcək. Mən Azərbaycan futboluna qürurla xidmət etmək istəyirəm. Çox istəyirəm ki, Azərbaycan futbolçuları yüksək nəticə göstərsinlər. Komandanın bir mövqeyində problem yaranarsa, bu komandanı ruhdan salır. Millətlər Liqasında uğurla çıxış etmək üçün bütün imkanlarımızdan maksimum yararlanacağıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]