REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrı “Əsir qadın” tamaşasının nümayişinə başlayır VİDEO
Quba, 16 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrında “Əsir qadın” tamaşasının nümayişinə başlanılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yazıçı Meyxoş Abdullahın eyniadlı əsəri 20 Yanvar hadisələrinin 30-cu ildönümünü münasibətilə səhnələşdirilib.
Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
Otuz nəfərə yaxın aktyor heyətinin rol aldığı tamaşada erməni əsirliyində olan soydaşlarımızın başına gətirilən müsibətlər əks etdirilir. Yeni tamaşa üçün xüsusi dekorasiya hazırlanıb.
“Əsir qadın” tamaşası yanvarın 17-dən başlayaraq Qusar Mədəniyyət Evində nümayiş etdiriləcək.