RABİTƏ SAHƏSİNDƏ YENİ TEXNOLOGİYALAR TƏTBİQ EDİLMİŞDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) şəbəkəsində genişzolaqlı rabitə xidmətlərindən istifadə edən abunəçilərin sayı ötən ilin əvvəli ilə müqayisədə iki dəfə artaraq 562-yə çatmışdır. Bu növ xidmətlərin Bakı şəhəri ilə yanaşı, digər şəhər və rayonlarda da tətbiqini təmin etmək məqsədi ilə Zaqatala, Lənkəran, Şəki, Sumqayıt, Gəncə və digər şəhərlərdə genişzolaqlı rabitə xidməti avadanlığı quraşdırılıb istifadəyə verilmişdir.
BTRİB şəbəkəsinin ATS-ləri yeni NGN texnologiyaları əsasında yenidən qurulmuş, il ərzində bölgələrdə 71 ədəd HDSL avadanlığı quraşdırılmışdır.