RADOVAN KARACİÇİN TƏRƏFDAŞI 27 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLMİŞDİR
O, 1992-1995-ci illər müharibəsi dövründə Bosniya ərazisində etnik təmizləmələr aparmaqda təqsirli bilinir.
Məhkəmə prosesində Kraişnik özünü təqsirli saymayaraq demişdir ki, hərbi cinayətlərdə əli yoxdur və daim Bosniya serbləri ilə müsəlmanlar arasında məsələnin dinc yolla həllinə səy göstərmişdir.
Bəzi şahidlərin ifadələrinə görə, Kraişnik Serbiya Respublikasının siyasətinə Bosniya serblərinin hazırda beynəlxalq axtarışda olan lideri Radovan Karaciçdən daha çox təsir göstərirdi. Hakim Alfons Ori bununla bağlı bildirmişdir ki, Kraişnik Serbiya rəhbərliyində yüksək vəzifə tutmasından istifadə edərək, ordu və polisi cinayətlər törətməyə sövq edirdi.
Xatırladaq ki, Momçilo Kraişnik 2000-ci ildə Fransa əsgərləri tərəfindən Sarayevo yaxınlığında həbs edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]