Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rafael Hüseynov: Ermənistanın törətdiyi cinayətlər miqyasına görə “Panama vərəqləri”ni kölgədə qoyur

Rafael Hüseynov: Ermənistanın törətdiyi cinayətlər miqyasına görə “Panama vərəqləri”ni kölgədə qoyur

Strasburq, 11 oktyabr, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının iclasında dinlənilən məruzələr arasında ən qızğın müzakirələr avstriyalı deputat Stefan Şennaxın hazırladığı hesabat ətrafında cərəyan edib.

Dünya miqyaslı maliyyə cinayətlərini əhatə edən “Maliyyə və sosial sahədə ədaləti təmin etmək üçün “Panama vərəqləri”ndən alınan dərslər” mövzusunda hazırlanmış məruzə ilə əlaqədar müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov çıxış edib. Erməni deputatların böhtan səciyyəli, Azərbaycana qara yaxmaqdan ibarət çıxışlarını qətiyyətlə rədd edən azərbaycanlı deputat Ermənistanın özünün “Panama vərəqləri”ndə yer alması ilə bağlı faktları Assambleya üzvlərinin diqqətinə çatdırıb. Rafael Hüseynov Ermənistanın belə canfəşanlığının təsadüfi olmadığını, cinayət içində boğulan bir rejimin təmsilçilərinin saxta bəyanatlarla diqqəti öz ölkələrindən yayındırmağa cəhd etdiklərini vurğulayaraq deyib: “Artıq sona yaxınlaşan 2016-cı ilin bütün dünyada ən çox müzakirələr doğuran mövzularından biri 50-yə yaxın ölkədən olan 200-dək az və ya çox dərəcədə məşhur şəxsin adının keçdiyi “Panama vərəqləri” olub. Bu müzakirələr hələ də davam edir və yəqin ki, tezliklə bitməyəcək. Ortaya çıxdığı ilk gündən bəri ciddi maliyyə cinayətlərini, nəhəng miqyaslı vergidən yayınma hallarını əhatə edən həmin vərəqlərin verdiyi ilk və əsas ibrət ondan ibarətdir ki, dünyada şəffaflıq və əməkdaşlıq daha da artmalıdır. Şəffaflıq çox olarsa, xəlvətə çəkilib belə cinayətləri törətmək imkanları da məhdudlaşar. Lakin şəffaflıq yalnız ölkələrin, o cümlədən bizim təşkilata üzv dövlətlərin yaxın iş birliyi, bir-birilərinə qarşılıqlı yardımı və dəstəyi şəraitində mümkün ola bilər. Eyni zamanda, “Panama vərəqləri” belə bir dərs verir ki, bu araşdırmanın işığında biz mahiyyətcə oxşar olan başqa cinayətlərə qarşı da səylərimizi birləşdirməli, beynəlxalq təzyiqi gücləndirməliyik. “Panama vərəqləri”ndən yararlanaraq müxtəlif siyasi möhtəkirliklər etmək halları da mövcuddur və bunu edənlərdən biri də Ermənistandır. Biz bunu Avropa Şurasında əvvəl də, indi də Ermənistan təmsilçilərinin iftiralarla, yalanlarla, saxtakarlıqlarla dolu çıxışlarında müşahidə etmişik, yenə də görürük. Bu, əlbəttə ki, səbəbsiz deyil. Ermənistan özünü hər kəsdən daha yaxşı tanıyır və hansı rəzalətlərin içərisində olduğunu yaxşı anlayır. Onu da bilirlər ki, bu qəbil ifşaçı sənədlər ən əvvəl məhz Ermənistan gerçəkliyi ilə səsləşir”.

Deputat Rafael Hüseynov adı “Panama vərəqləri”ndə hallanan konkret ermənilərdən danışaraq deyib: “Panama vərəqləri”ndə çox adlar keçsə də, tək bir nəfərə cinayətlərin miqyaslarına görə “ofşorun atası” ləqəbi verilib. Bu general-mayor Mihran Poqosyandır. Lakin Ermənistanın cinayətlərinin, dövlət səviyyəsində həyata keçirilən qanunsuzluqlarının həcmi “Panama vərəqləri”ndən qat-qat qalın dosyelərə material verir”.

Azərbaycan Milli Məclisinin üzvü erməni deputatların çıxışlarını və Ermənistanın cinayətkar rejiminin mahiyyətini inkaredilməz dəlillərlə ifşa edərək Avropa Şurası üzvlərinə əsl həqiqətləri çatdırib: “İstənilən “Panama vərəqləri”ni kölgədə qoyan daha müdhiş “Ermənistan vərəqləri” də var ki, onu da hər kəsin yaxşı oxuması, bilməsi vacibdir. Çünki o vərəqlər terrorizmlə, narkotik ticarəti ilə bilavasitə bağlıdır və bu bəlalara qarşı da hamılıqla mübarizə aparmağın zəruriyyəti bütün dünyanın qəbul etdiyi həqiqətdir. Ermənistan ağır iqtisadi həyat yaşayır və hər il normal həyat şəraiti axtarışı ilə minlərlə insan ölkəni tərk edir. Təsadüfi deyildir ki, Ermənistan əhalisi yalnız Avropa Şurasına üzv olduğu son 16 il ərzində 2 dəfə azalmış və bu meyil sürətlə davam etməkdədir. Bəs necə olur ki, xəzinə sürətlə boşaldığı, ölkə iqtisadi tənəzzül içərisində boğulduğu, inflyasiyanın durmadan artdığı, istehsalın yox dərəcəsində olduğu, bütün iqtisadi göstəricilər üzrə ölkənin uçuruma getdiyi halda, yüz milyonlarla xərc çəkilərək bir ucdan silahlar alınır? Haradandır bu vəsait? Hamısı çirkli pullardır bunlar! Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarının hər cür beynəlxalq nəzarətdən kənarda qalmasından istifadə edərək həmin əraziləri narkotiklərin əkilib-becərilməsi və tranziti üçün münasib məkana çevirib. Narkoticarətdən və onun tranzitindən toplanan çirkli milyonların bir hissəsi guya ölkənin müdafiə qüdrətinin artırılması pərdəsi altında külli miqdarda silahın alınmasına yönəldilir. Qalan hissəsi isə erməni xalqının qanını soran, onu qonşularla düşmənə çevirərək gələcəyini məhv edən cinayətkar iqtidarın və onun havadarlarının cibinə axır.

Vergidən yayınma cinayətdir, bütün bu hallara qarşı mütəşəkkil və müştərək mübarizə vacibdir. Lakin “Ermənistan vərəqləri”nin ortaya qoyduğu acı həqiqətləri görməzliyə vurmaq, onlara qarşı qətiyyətli mübarizə aparmamaq, belə halları sonacan faş etməmək özü də bir cinayətdir”.

Son olaraq deputat Rafael Hüseynov Avropa Şurasını cinayətkar Ermənistan rejiminə qarşı qəti tədbirlər görməyə çağıraraq deyib: “Artıq Ermənistandakı mütərəqqi qüvvələr uzun müddətdir ki, bütün bu hallara qarşı meydanlarda etirazını bildirir. Bəs “Panama vərəqləri”ndən qat-qat qorxulu və faciəli “Ermənistan vərəqləri”ni ifşa edən Avropa Şurasının səsi nə zaman çıxacaq?!”.

Azərbaycan nümayəndəsinin çıxışı maraqla qarşılanıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək