Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ramazan ayında qidalanma və fiziki aktivlik - Tövsiyələr

Ramazan ayında qidalanma və fiziki aktivlik - Tövsiyələr

Bakı, 20 fevral, AZƏRTAC

Ramazan ayında oruc tutanlar enerji səviyyəsini qorumaq, həzm sistemini rahat saxlamaq və sağlamlığı təmin etmək üçün qidalanmaya xüsusi diqqət yetirməlidirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-qastroenteroloqu Hicran Qurbanova məlumat verib.

O, sahur və iftarda qidalanma barədə deyib: “Ramazanda sahur oruc tutan şəxs üçün çox önəmlidir, çünki bu, gün ərzində enerjinin təmin edilməsi üçün əsas mənbədir. Sahurda kompleks karbohidratlar, o cümlədən çovdar çörəyi, yulaf, bulqur, düyü və ya tam taxıllardan ibarət qidaları qəbul etmək məsləhət görülür. Həmin qidalar uzun müddət tox qalmanı və enerjini təmin edəcək. Zülal mənbələri olan yumurtalar, süd, pendir kimi zülallı qidalar qəbul etmək bədəni uzun müddət enerjili saxlayır. Zülallar, həmçinin əzələ kütləsinin qorunmasına kömək edir. Sağlam yağlar (zeytun yağı, qoz, badam kimi) da enerji səviyyəsini artırır. Vitamin və mineral balansını təmin etmək üçün təzə tərəvəzlər (xüsusən salatlar) və meyvələrdən istifadə etmək çox əhəmiyyətlidir. Lifli qidalar mədənin tox qalmasına kömək edir. Sahurda bədənin su ehtiyacını qarşılamaq üçün su içmək lazımdır. İftarda qidalanma da sağlamlıq baxımından çox vacibdir. İftar zamanı birdən çox yeməkdən çəkinmək lazımdır. Əvvəlcə bir neçə xurma və ya bir stəkan su ilə başlamaq, sonra isə yüngül bir şorba içmək olar. İftar zamanı yeməkləri yavaşca çeynəmək və kiçik porsiyalarla yemək mədənin yığılmaması və həzmin rahat olması üçün vacibdir. Əsas yeməkdə kompleks karbohidratlar (kartof, düyü, bulqur), zülallar (ət, toyuq, balıq, paxlalılar), tərəvəzlər və sağlam yağlar (zeytun yağı, avokado) yer almalıdır. İftarda çox şəkərli və yağlı yeməklərdən çəkinmək lazımdır. Bu cür qidalar enerji itkisinə və sağlamlıq problemlərinə səbəb ola bilər”.

Həkim-qastroenteroloqun dediyinə görə, oruc tutmaq bəzi şəraitlərdə məsləhət deyil və bəzi hallarda sağlamlıq riski yarada bilər: “Hansısa bir ciddi xəstəliyi, məsələn, ürək, böyrək və ya qan şəkəri problemi olanlar, oruc tutmaqdan çəkinməlidirlər. Şəkər xəstəliyi, hipertonik (yüksək təzyiq) və ya digər xroniki xəstəlikləri olanlar oruc tutmazdan əvvəl həkim məsləhəti almalıdırlar. Hamiləlik zamanı oruc tutmaq bəzən həm ana, həm də uşaq üçün riskli ola bilər. Ona görə də hamilə qadınlar oruc tutmamışdan əvvəl həkimlə məsləhətləşməlidirlər. Ana südü verən qadınlar da bəzən oruc tutmaqdan çəkinməlidirlər, çünki oruc süd istehsalını və ananın enerjisini azaldaraq südün keyfiyyətinə təsir göstərə bilər. Oruc tutmaq müəyyən yaşdan aşağı olan uşaqlar üçün məsləhət deyil. Çox yaşlı şəxslər oruc tutduqda çətinlik çəkə bilərlər. Bu halda oruc tutmamaq daha faydalıdır. Lakin hər bir halda həkim məsləhəti tələb olunur”.

Onun verdiyi məlumata görə, oruc bədənin immunitet sistemini gücləndirə bilər: “Oruc zamanı hüceyrələr bədənin təmizlənməsi və zərərli maddələrdən (toksinlərdən) azad olması üçün daha effektiv işləyir. Bu, immunitet sistemini dəstəkləyərək infeksiyalara qarşı daha güclü edir. Oruc tutmaq uzun müddət ərzində qida qəbulunu məhdudlaşdırdığı üçün bədən artıq enerjini (yağları) yandırmağa başlayır. Bu, oruc tutan şəxsə çəki itirmək və piyləri azaltmaqda kömək edə bilər. Bundan başqa, bədənin insulin səviyyələrini tənzimləyərək metabolizmanın daha effektiv işləməsinə səbəb ola bilər. Bu, şəkərli diabetin qarşısının alınmasına və ya idarəedilməsinə kömək edə bilər. Oruc qan təzyiqini, xolesterol səviyyələrini və trigliseridləri aşağı sala bilər. Bu, ürək-damar xəstəlikləri riskini azaldır və ürək sağlamlığını yaxşılaşdırır. Fiziki, həm də psixoloji faydalar təmin edə bilər. Oruc tutmaq insanın diqqətini cəmləşdirməyə, mənəvi inkişafını artırmağa və zehni rahatlamağa kömək edə bilər”.

Həkim-qastroenteroloq vurğulayıb ki, Ramazan ayında oruc tutan şəxsin fiziki fəaliyyəti özünə uyğun olmalıdır: “Oruc tutan şəxs bədənini çox yormamalı, eyni zamanda, sağlamlığını qorumağa davam etməlidir. Fiziki fəaliyyət zamanı bəzi məqamlara diqqət yetirmək vacibdir. Oruc tutarkən daha yüngül və azyorucu idman növlərinə üstünlük vermək tövsiyə olunur. Məsələn, yürüşlər, yüngül yoqa, pilates və ya evdə edilə bilən sadə məşqlər yaxşı seçimdir. İftardan sonra fiziki fəaliyyət etmək ən ideal zamandır, çünki orucdan sonra bədənin enerjisi geri qayıdır. Bu vaxtda orucdan sonra yüngül idman və ya məşqlər etmək daha yaxşıdır. İftardan azı 30-60 dəqiqə sonra fiziki fəaliyyətə başlamaq məsləhət görülür. Sahurdan əvvəl idman etmək daha az tövsiyə edilir, çünki bədən hələ enerji və su ehtiyatlarına malik olmayacaq. Ancaq yüngül bir fəaliyyət (məsələn, qısa yürüş) sahurdan əvvəl edilə bilər. Oruc zamanı 20-30 dəqiqəlik yüngül və orta intensivlikdə idman etməyin sağlamlıq üçün heç bir ziyanı yoxdur”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?