RAMAZAN AYINDA SƏUDİYYƏ ƏRƏBİSTANINA 3 MİLYON ZƏVVAR GƏLƏCƏK
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Məkkədəki Həcc İnstitutunun başçısı Üsamə Fədl əl-Bədr bildirmişdir ki, bu həftənin axırında başlanacaq Ramazan ayı zamanı Səudiyyə Ərəbistanına 3 milyon zəvvar gələcəkdir. Onların artıq 2 milyon nəfəri müqəddəs torpaqdadır. Bu il Ramazan ayının istilərə düşməsi ilə əlaqədar Səudiyyə Ərəbistanının hakimiyyət orqanları zəvvarların sağlamlığına xüsusi diqqət yetirəcəklər.
Statistikaya görə, orucluğun son günləri Məkkə müalicə ocaqlarında xəstələrin sayı hər gün 9 min nəfərədək artır. Xüsusi qayğıya ehtiyacı olan ahıl zəvvarlar daha çox narahatlıq doğurur. Onlar zəvvarların 5 faizini təşkil edirlər.
Ramazan ayında 5 iri xəstəxana və 72 klinika tibbi yardıma ehtiyacı olan zəvvarların ixtiyarına veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]