RAMİL MƏMMƏDOV AVROPA BİRİNCİLİYİNDƏ AZƏRBAYCANI TƏMSİL EDƏCƏKDİR
Bakı, 15 iyul (AZƏRTAC). Azərbaycan Avarçəkmə Federasiyasından bildirmişlər ki, iyulun 16-da Polşanın Poznan şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı başlanacaqdır. Qitə birinciliyində Azərbaycanı kayakçı Ramil Məmmədov təmsil edəcəkdir. O, birnəfərlik qayıqla 1000 metr və 500 metr məsafələri qət edəcəkdir.
Hər iki məsafədə yarışın qalibi birbaşa finala, 2-7-ci yerlərin sahibləri isə yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar.
Çempionata iyulun 19-da yekun vurulacaqdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]