CƏMİYYƏT
Ramin Bayramlı: Beş gün ərzində ölkəmizdə koronavirusa 867 yoluxma halı qeydə alınıb
Bakı, 29 may, AZƏRTAC
Bu həftənin ötən günləri ərzində 867 nəfərdə koronavirus aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bunu mayın 29-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, məhdudiyyətlər aradan qalxdıqca yoluxma hallarında artım dinamikası müşahidə olunur.
“Ötən həftə 848 nəfərdə koronavirus aşkarlanıb. 11-17 may həftəsində bu rəqəm 755-ə bərabər olub. Mayın 4-dən 10-dək isə 587 yoluxma halı qeydə alınıb”, - deyə Ramin Bayramlı qeyd edib.