Ramiz Həsənov: Bizim üçün Laçına qayıdış böyük xoşbəxtlikdir
Bakı, 14 iyun, AZƏRTAC
Biz bu gün Laçına, doğma vətənimizə qayıdırıq. Bu qayıdış bizim üçün böyük xoşbəxtlikdir.
Bunu AZƏRTAC-a müsahibəsində təxminən 30 ildən sonra ata-baba ocağına qayıdışın sevincini yaşayan Laçın rayon sakini Ramiz Həsənov deyib.
Bütün uşaqlıq dövrünün Laçında keçdiyini deyən rayon sakini bildirib ki, həyatının ən gözəl illəri məhz həmin illər olub. “Prezident İlham Əliyevə öz minnətdarlığımızı bildiririk. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət diləyirik, qazilərimizə isə şəfa arzulayırıq. 44 günlük Vətən müharibəsində ölkəmiz bir yumruq kimi birləşdi, buna görə bütün Azərbaycan xalqına minnətdaram”, - deyə R.Həsənov qürur hissi ilə vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]