Ramiz Həsənov: Hazırda minə yaxın milli standartımız var
Bakı, 7 mart, AZƏRTAC
Hazırda standart fondumuzda təxminən 20 mindən çox standart mövcuddur. Bunun böyük əksəriyyəti dövlət standartlarıdır.
AZƏRTAC xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə açıqlamasında deyib.
Komitə sədri qeyd edib ki, buraya beynəlxalq və Avropa standartları da aiddir. Bu gün 1000-ə yaxını milli standartımız var. Bu standart fondunun 46 faizi artıq Avropa və beynəlxalq standartları ilə uyğunlaşdırılıb.