Ramiz Rzayev: Biz Avropa Məhkəməsi ilə əməkdaşlığa böyük önəm veririk
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Respublikası 2001-ci il yanvarın 25-də Avropa Şurasına daxil olub, ölkəmiz İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının və ona əlavə Protokolların tətbiqi və təfsiri məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyıb.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən “Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda beynəlxalq konfransda Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib.
“Bu gün ölkəmizdə həmin Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedent hüququ daxili qanunvericiliyimizin tərkib hissəsi kimi qəbul edilir və hüquq tətbiqetmə təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulur. Avropa Məhkəməsi ilə əməkdaşlığa biz böyük önəm veririk. Onun qərarları hər nə qədər zaman-zaman bizim cəmiyyətdə də müzakirə predmetinə çevrilsə də, ümumən hüquq tətbiqetmə təcrübəsində nəzərə alınır”, - deyə Ali Məhkəmənin sədri Ramiz Rzayev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:24]
Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
- 09.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [11:39]
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:31]
Dərmanların təhlükəsizliyi necə qorunur?
- 09.06.2026 [11:27]