Rapid üzrə dünya çempionatında şahmatçılarımız ilk xallarını qazanıb
Bakı, 27 dekabr, AZƏRTAC
Rusiyanın Sankt-Peterburq şəhərində şahmat üzrə rapid yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, kişilər arasında 206, qadınların yarışlarında 124 şahmatçının mübarizə apardığı yarışların ilk günündə 5 turun oyunları keçirilib. Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarov 5 turun nəticəsinə görə 4 xal toplayıb. O, bu nəticəyə görə turnir cədvəlində 5-ci yerdədir. Qədir Hüseynovun aktivində 3,5, Rauf Məmmədovun isə 3 xalı var. 4-cü turun nəticələrinə görə Gülnar Məmmədova 3, Günay Məmmədzadə 2,5, Zeynəb və Türkan Məmmədyarova bacıları isə hərəyə 2 xal qazanıblar.
Turnir cədvəlinin lideri 4,5 xalla iranlı Alireza Firoujadır. Qadınların turnirində isə 4 xalla Çin şahmatçısı Vencun Cu liderlik edir.
Yarışlar dekabrın 28-dək keçiriləcək. Kişilərin yarışları 15, qadınların turniri isə 12 turdan ibarətdir.
Blits üzrə dünya çempionatı isə dekabrın 29-30-da təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]