Rauf Əliyev: “Qarabağ”ın İrlandiyadan uğurlu nəticə ilə qayıdacağına inanıram - AÇIQLAMA
Bakı, 23 iyul, AZƏRTAC
“Qarabağ” cütün favoriti sayılır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ağdam təmsilçisinin sabiq futbolçusu Rauf Əliyev keçmiş komandasının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün İrlandiyanın “Şelburn” klubuna qarşı keçirəcəyi ilk oyunla bağlı danışarkən deyib.
Veteran hücumçu “Qarabağ”ın İrlandiyadan sərfəli nəticə ilə qayıdacağına inandığını bildirib: “Şelburn” keçiləsi rəqibdir. Düzdür, onların cinah ötürmələri təhlükəli olur. Həmçinin də hava toplarında yaxşı mübarizə aparırlar. Bunlar komandamız üçün problem yarada bilər. Amma düşünmürəm ki, təmsilçimiz bu səhvləri etsin”.
Azərbaycan millisinin keçmiş oyunçusunun sözlərinə görə, “köhlən atlar” Çempionlar Liqasının qrup mərhələsinə yüksələ bilər: “Qurban Qurbanovun kollektivinin buna potensialı çatır. Onlar II təsnifat mərhələsində “Şelburn”u mübarizədən kənarlaşdırsa, növbəti raundda “Şkendiya” (Şimali Makedoniya) - FKSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu klublar da şişirdiləcək rəqiblər deyil. “Qarabağ”a hansı komanda düşsə,onu keçə bilər”.
Qeyd edək ki, Dublin şəhərində yerləşən "Tolka Park"da keçiriləcək "Şelburn" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]