“REAL” HABİ ALONSONU VƏ RİBERİNİ ALA BİLƏCƏYİNƏ ŞÜBHƏ EDİR
Bakı, 16 iyul (AZƏRTAC). Madridin “Real” komandasının rəhbərliyi “Liverpul” və “Bavariya” komandalarının yarımmüdafiəçiləri Habi Alonsonun və Frank Riberinin transferi barədə razılaşmanın baş tuta bilməyəcəyini təsdiq etmişdir. Madridlilər bu yay artıq dörd futbolçu cəlb etmişlər, lakin bununla kifayətlənmək fikrində deyillər. Liverpul və Münxen klubları isə öz oyunçuları ilə vidalaşmaq istəmirlər.
“Real”ın idman üzrə direktoru Minel Pardesa vəziyyəti şərh edərək demişdir: “Habi Alonso əla yarımmüdafiəçidir. O, komandaya çox xeyir verə bilər, lakin indi onu komandaya cəlb etmək məsələsi ilə əlaqədar vəziyyət heç də bizim xeyrimizə deyil. Hər halda biz mübarizəni davam etdirəcəyik və ümid edirik ki, danışıqlar başlanacaqdır. Riberiyə gəldikdə isə, “Bavariya” onun transferi məsələsini müzakirə belə etmək istəmir. Məncə, oyunçunun müqabilində bu cür böyük məbləğ istəyirlərsə, təkid etməyə dəyməz”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]