Azərbaycan Dövlət İnformasiya Agentliyi

Referendum: islahatlar yolunda əhəmiyyətli addım

Referendum: islahatlar yolunda əhəmiyyətli addım

Nəhayət, Azərbaycanda sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan ümumxalq səsverməsi baş tutdu! Seçicilərin aktivliyi kifayət qədər yüksək oldu. Səs verənlərin 92 faizi "hə" dedi. Bu, cəmiyyətin ölkə rəhbərliyinin fəaliyyətinə verdiyi yüksək dəstəyin göstəricisidir. Bunlarla yanaşı, referendum vacib siyasi hadisədir. Onun daxili və geosiyasi təsirləri vardır. Ekspertlər bununla bağlı təhlillər aparır və proqnozlar verirlər. Gəlinən nəticələr Azərbaycanda milli dövlət quruculuğu prosesinin uğurla davam etdiyini tam sübut edir. İndi həyata keçirilən islahatlar cəmiyyəti gücləndirir və eyni zamanda, Azərbaycanın dünyada nüfuzunu artırır. Bakı beynəlxalq proseslərdə getdikcə daha aktiv iştirak edir. Onun geosiyasi rolu barədə fikirlər irəli sürülür. Bu müddəalar prizmasından referendum Azərbaycan xalqının islahatlar yolunda atdığı mühüm addımdır. Onun ən qabarıq əlamətlərindən biri xalq-hakimiyyət birliyinin yeni səviyyəyə yüksəlişidir. Bütövlükdə bu hadisənin siyasi və geosiyasi əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac vardır.

Xalqın dəstəyi: səsvermənin siyasi və geosiyasi aspektləri

Azərbaycanda sentyabrın 26-da keçirilmiş referendumun nəticələrini dünya ictimaiyyəti maraqla gözləyirdi. Tədbir öncəsi yanaşmalar müxtəlif olsa da, əksəriyyət bu hadisənin milli dövlətçiliyin inkişafında yeni mərhələnin əsasını qoyacağına əmin idi. Əvvəlcə onu vurğulayaq ki, bütün aspektlərdə referendum baş tutub! Azərbaycan xalqı aktivliyi ilə yanaşı, dövlət başçısının həyata keçirdiyi islahatlara "hə" cavabını da verib. Ekspertlər belə bir nəticəni proqnozlaşdırırdılar. Ancaq əsas məsələ referendumda alınan nəticənin siyasi, geosiyasi, hüquqi və idarəetmənin daha da demokratikləşdirilməsi aspektlərində əhəmiyyətinin dərk edilməsi ilə bağlıdır.

Bu kontekstdə bir sıra vacib məqamlar üzərində geniş dayanmağa ciddi ehtiyac vardır. Statistik məlumata görə, referendumda ölkə üzrə qeydiyyata alınmış 5 milyon 276 min 111 seçicinin 69,7 faizi səs verib. Onların 92 faizi nəzərdə tutulan Konstitusiya dəyişikliklərinə "hə" deyib. Deməli, cəmiyyət ölkə rəhbərliyinin apardığı siyasətə ən yüksək səviyyədə dəstək verib, reallaşdırılan islahatların milli, müstəqil və demokratik dövlət quruculuğu üçün çox əhəmiyyətli olduğunu təsdiqləyib. Avropalı müşahidəçilər referendumun beynəlxalq standartlara uyğun keçirildiyi barədə bəyanat veriblər (bax: Azərbaycanda referendum beynəlxalq standartlara uyğun keçirilib / AZƏRTAC, 27 sentyabr 2016).

Böyük dövlətlərin bu hadisəyə reaksiyası da müsbətdir. Rusiya, Türkiyə, Avropa İttifaqı ölkələri və ABŞ referendumun nəticələrini tanıyıblar. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi keçirdiyi brifinqdə deyib ki, Amerika "Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və dövlət başçısının səlahiyyət müddəti ilə bağlı məsələyə müdaxilə etmək fikrində deyil" (bax: Dövlət Departamenti: ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır / "Report.az", 28 sentyabr 2016).

Beynəlxalq ictimaiyyətin referendumun nəticələrinə bu cür reaksiyası əhəmiyyətlidir. Bu o deməkdir ki, dünyanın böyük dövlətləri Azərbaycan rəhbərliyinin həyata keçirdiyi islahatları dəstəkləyirlər. Onlar rəsmi Bakının müstəqil siyasi xətdən imtina etməyəcəyinə tam əmindirlər. Xüsusilə Qərb dövlətlərinin referendumun nəticələrini müsbət qiymətləndirməsi ayrıca əhəmiyyət kəsb edir. Məlumdur ki, bir sıra dairələr Azərbaycana qarşı böhtan kampaniyasına start verməyə cəhd ediblər. ABŞ rəsmi surətdə səsverməni beynəlxalq qaydalara uyğun hesab edibsə, antiazərbaycan kampaniyasının elə bir mənası qalmır. Deməli, indi Qərbin özü Azərbaycana qarşı tutduğu mövqeyə düzəlişlər etməli olacaq. Bunun bir sıra səbəbləri vardır.

Prezident İlham Əliyev Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə həmin bağlılıqda əsas səbəbi ifadə edib. Dövlət başçısı deyib ki, "Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb" (bax: Prezident İlham Əliyev: Azərbaycan heç kimin diktəsi ilə oturub-duran deyil / AZƏRTAC, 28 sentyabr 2016).

Müstəqil siyasətin bəhrələri: böyük dövlətlərin etirafları

Azərbaycana olan münasibətin məzmununu məhz rəsmi Bakının yeritdiyi müstəqil daxili və xarici siyasət müəyyənləşdirir. Xarici qüvvələr də dəfələrlə şahidi olurlar ki, cəmiyyət ölkə rəhbərliyinin siyasətini dəstəkləyir. Prezident, parlament seçkiləri bunu nümayiş etdirmişdi. İndi də referendumun nəticələri həmin reallığı bir daha göz önünə gətirməkdədir. Deməli, bu gün dünyanın böyük dövlətləri Azərbaycanda səsvermənin beynəlxalq standartlara uyğunluğunu etiraf edirsə, bunun başlıca səbəbi dövlət başçısının qətiyyətlə həyata keçirdiyi müstəqil, alternativsiz siyasi kursdur.

Məsələnin digər aspekti Konstitusiyaya dəyişikliklərin məzmunu ilə əlaqəlidir. Bu islahat Azərbaycanda idarəetməyə daha demokratik məzmun verəcək. Əlbəttə, demokratiyadan danışanlar bu prosesin qarşısında dura, ona maneə törədə bilməzlər. Görünür, artıq bir sıra QHT-lərin, xaricdən idarə olunan "5-ci kolon"un səsi də batacaq. Onlar illərdir yaratdıqları süni gərginliyə bu dəfə nail ola bilməyəcəklər. Çünki ABŞ və Avropanın rəsmi dairələri referendumun nəticələrini tanıdıqlarını açıq bəyan ediblər.

Yuxarıda vurğulanan səbəblərlə yanaşı, referendumun geosiyasi aspektdə daha bir vacib nəticəsini də unutmaq olmaz. Biz Cənubi Qafqazda milli dövlət quruculuğu prosesinin dinamika və məzmununu nəzərdə tuturuq. Diqqət etsək, görərik ki, bu regionda başlıca olaraq Azərbaycan sürətli islahatlar vasitəsilə demokratik dövlət quruculuğu prosesinə yeni məzmun verməkdədir.

Ermənistan bu istiqamətdə heç bir addım atmır. S.Sarkisyan iqtidarının Konstitusiyaya etdiyi dəyişikliklərin xüsusi maraqlara xidmət etdiyini hətta erməni ekspertlər vurğulayırlar. Orada əsas məqsəd Respublika Partiyasının hakimiyyət ömrünü uzatmaqdan ibarətdir. Bir sıra müşahidəçilər hesab edirlər ki, bu vəziyyət Ermənistanda siyasi gərginliyi yüksəldəcək. Hazırda özünü göstərən proseslər bu proqnozun əsaslı olduğunu təsdiqləməkdədir.

Gürcüstanda isə idarəetmədə islahatlar, demək olar ki, dayanıb. İndi orada daha çox hansı qruplaşmanın üstünlük qazana biləcəyindən söhbət gedir. Qərbpərəstlərlə Rusiyaya meyillilər arasında ziddiyyət getdikcə kəskinləşir. Bu haqda Gürcüstanda açıq danışmağı sevməsələr də, reallıq göz önündədir. Həmin səbəbdən yaxın perspektivdə qonşu və dost Gürcüstanda siyasi proseslərin alacağı məzmun haqqında dəqiqi fikir söyləmək çətindir.

Cənubi Qafqazın sadalanan iki dövlətindən fərqli olaraq, Azərbaycan sivil formada islahatlar həyata keçirir. Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələr məzmunca demokratikdir və cəmiyyət bunu aydın dərk edir. Bu səbəbdən Azərbaycan yalnız iqtisadi, hərbi, sosial və enerji sahələrində regionun lideri deyil, həm də demokratikləşmənin vüsətinə görə birincidir. Təbii ki, bu hal Azərbaycan vətəndaşlarını çox sevindirir!

Bəs belə bir vəziyyətin mümkün geosiyasi nəticələri nədən ibarət ola bilər? Şübhəsiz ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yeni səviyyəyə yüksələcək. Bakının beynəlxalq layihələrdə iştirakı daha aktiv fazaya keçəcək. Dünyanın böyük geosiyasi gücləri regionla bağlı məsələlərdə rəsmi Bakı ilə daha sıx əməkdaşlığa can atacaqlar.

Azərbaycanın demokratikləşmə yolunda atdığı bu addımlar, eyni zamanda, böhtançı erməni təbliğatını heçə endirir. Dünya artıq Azərbaycanın timsalında regionun ən demokratik ölkəsini görür. Şübhə yoxdur ki, bu proses də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli həllinə müsbət təsir göstərəcək.

Ən nəhayət, referendum bir daha təsdiq etdi ki, Azərbaycan əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu vətəndaş cəmiyyəti quruculuğu yolunda inamla irəliləyir. İdarəetmə daha demokratik olduqca, cəmiyyətin potensialı da daha qabarıq şəkildə üzə çıxır. Dövlətin güclənməsi prosesi cəmiyyətin güclənməsi ilə harmoniya təşkil edir. Prezident İlham Əliyevin peşəkar və uzaqgörən siyasəti ilə ölkənin bundan sonra da yeni zirvələr fəth edəcəyinə böyük əminlik yaranır! Bu mənada Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendum həm də Azərbaycan xalqına gələcəyə nikbinliklə baxmaq imkanı verdi. Bu isə əhəmiyyətli strateji məqamdır!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər