REJİSSOR VAQİF MUSTAFAYEVİN FİLMİ BEYNƏLXALQ MOSKVA KİNOFESTİVALINDA NÜMAYİŞ ETDİRİLƏCƏK
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 18-də Moskvanın “Puşkinskaya” kino-konsert salonunda 26-cı Beynəlxalq Moskva kinofestivalının təntənəli açılış mərasimi olmuşdur. İyunun 27-dək festivalda Rusiya və xarici ölkə kinematoqrafçılarının ən yaxşı bədii, sənədli və animasiya filmləri nümayiş etdiriləcəkdir.
Bu mötəbər festivalda tanınmış Azərbaycan kino rejissoru, çoxsaylı kinomükafatların laureatı, mədəniyyət nazirinin müavini Vaqif Mustafayevin “Milli bomba” filmi də göstəriləcəkdir.
Kinofestival çərçivəsində rejissor Murad İbrahimbəyovun “Neft” sənədli filmi də nümayiş olunacaqdır. Film bu yaxınlarda “Nika” kinomükafatına layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:04]
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
- 02.10.2026 [02:10]
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO
- 01.10.2026 [23:51]