REKLAM FƏALİYYƏTİNƏ DÖVLƏT NƏZARƏTİ GÜCLƏNDİRİLİR
Reklam fəaliyyəti üzərində dövlət nəzarətinin həyata keçirilməsinin səmərəliliyini artırmaq məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti respublika ərazisində fəaliyyət göstərən reklam istehsalçılarının, reklam yayıcılarının və reklam agentliklərinin reyestrinin tərtib edilməsi, küçə və divar reklamlarının, nəqliyyat vasitələrində və poçt göndərişlərində reklamın, radio və teleyayım reklamlarının mütəmadi monitorinqinin aparılmasını həyata keçirəcək, reklam bazarının iştirakçıları arasında profilaktik iş aparacaq, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektlərinə qarşı müvafiq tədbirlər görəcəkdir.
Qanunvericiliyə uyğun olaraq, nazirliyin Antiinhisar Siyasəti Departamentinin müəyyən edilmiş, müddət ərzində yol verilmiş qanun pozuntusunun aradan qaldırılmasına, əks-reklamın yayılmasına görə reklam fəaliyyəti göstərən subyektə qarşı digər inzibati tədbirlərlə yanaşı, maliyyə sanksiyası tətbiq etmək səlahiyyəti də vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:12]
Süni intellekt üzrə 5 dövlət standartı qəbul edilib
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]