Rektor: İqlim dəyişikliyi ilə mübarizədə gənclərin rolu danılmazdır
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycan iqlim dəyişmələri ilə mübarizə sahəsində aparıcı mövqeyə malik ölkələrdən birinə çevrilib. Ötən il yüksək səviyyədə keçirilən COP29 konfransı və orada qəbul olunan qərarlar Azərbaycanın bu istiqamətdə göstərdiyi böyük əzmin bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev jurnalistlərə açıqlamasında bildirib.
“Bu gün BDU, “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi və “Sea Breeze” istirahət mərkəzinin birgə təşkilatçılığı ilə I Gənclərin Lokal Konfransının (“LCOY2025 Azərbaycan”) açılış mərasimi keçirilir. Bu, ölkəmiz üçün mühüm əhəmiyyətə malik iki günlük tədbirdir. İqlim dəyişikliyi ilə mübarizədə gənclərin rolu danılmazdır. Onlar böyük aparıcı qüvvədir. Bu konfransın ölkəmizdə təşkili və davamlı olaraq belə təşəbbüslərin həyata keçirilməsi gənclərin iştirakı ilə ölkənin daxilində, regional və beynəlxalq səviyyədə sözümüzü deməyə imkan yaradacaq. Azərbaycanın ən böyük ali təhsil müəssisəsi olan BDU-da minlərlə gənc bu cür qlobal təşəbbüslərdə fəal iştirak edir və ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasətə öz töhfəsini verir”, - deyə rektor vurğulayıb.
Elçin Babayev gəncləri və vətəndaşları ətraf mühitin qorunmasına, onun gələcəyinin təmin edilməsinə yönəlmiş elmi və ictimai layihələrə qoşulmağa dəvət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:37]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:26]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]