Rektor: Türk dünyasının alimləri beynəlxalq elmi platformalarında birgə tədqiqat işləri təqdim edə bilər
Bakı, 6 may, AZƏRTAC
Qarabağın işğaldan azad olunmasından sonra hər birimiz Türk dünyasının da irəliləməyə başladığını gördük. Bu prosesdə Türkiyə və Azərbaycanın öncüllüyü hər zaman seçilib.
Artıq türkün gücünü dünyaya elm sahəsində, təhsil sahəsində göstərməyin vaxtı çatıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov Bakı Dövlət Universitetində keçirilən “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfransda deyib.
Rektor bildirib ki, bu gün Azərbaycan və Türkiyə elm sahəsində gücünü birləşdirərək daha da irəliyə gedə bilər: “Beynəlxalq elmi platformalarda məhz Türk dünyasını təmsil edən alimlər birgə tədqiqat işləri ortaya qoya bilər. Bu gün bu missiya bütün universitetlərimizdə hiss olunur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [18:48]
Mədəniyyət diplomatiyası kontekstində media və yumşaq güc – məruzə
- 07.05.2026 [18:41]
Mədəniyyət xalqın böyük sərvətidir - sərgi
- 07.05.2026 [18:23]
“Ədəbiyyat adamı - 2026” mükafatı təqdim edilib
- 07.05.2026 [18:13]
Mayın 14-dək meteor yağışı müşahidə olunacaq
- 07.05.2026 [17:59]
ADAU-da faşizm üzərində qələbənin 81-ci ildönümü ehtiramla anılıb
- 07.05.2026 [17:33]