“Renault”un 8 minədək işçisi nümayiş keçirib
Paris, 31 may, AZƏRTAC
Fransada “Renault” avtomobil zavodunun 8 minədək işçisi nümayiş keçirib. Dövlətin stimullaşdırma planı çərçivəsində 5 milyard avro yardımına baxmayaraq, “Renault” 15 min işçisini ixtisar edib.
AZƏRTAC xəbər verir ki, “Renault” avtomobil zavodu 3 il ərzində 2 milyard avro qənaət planı çərçivəsində dünyada 15 min, Fransada isə 4600 iş yerinin itirildiyini təsdiqləyib.
COVID-19 virusuna yoluxmaq təhlükəsi zavodun bağlanmasına etiraz olaraq 8 minədək işçinin nümayiş keçirməsinə mane olmayıb.
“Renault”un ən böyük səhmdarı olan Fransa dövlətinin (15 faiz) zavodu xilas etmək cəhdləri müsbət nəticə verməyib. Zavodun 2019-cu ildən çətinlikdə olduğu bildirilib.
Qeyd edək ki, “Renault-Nissan-Mitsubishi” alyansı 2017-ci ildə dünyanın aparıcı yüngül avtomobil istehsalçısı olub. Ancaq alyansın sabiq rəhbəri Karlos Qonun həcm və nəhənglik uğrunda yarışı gözlənilməz 2018-ci il sərt dönüşü ilə üzləşir və qrup iflasa uğrayır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:59]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]