Rəsmi Pekin: ABŞ-ın sanksiyaları əsas risk mənbəyinə çevrilir
Pekin, 14 iyun, AZƏRTAC
Çin və Rusiya arasındakı normal iqtisadi və ticarət mübadilələrinə müdaxilə olmamalı, bundan Çini ləkələmək və çəkindirmək üçün bir vasitə halına gətirilməməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Cien Çinin bir neçə hüquqi və fiziki şəxsinə ABŞ-ın sanksiya tətbiq etməsi ilə bağlı qərarını şərh edərkən deyib. Bayden administrasiyası Ukraynada hərbi əməliyyatlar üçün Rusiyada istehsalın dəstəklənməsinə kömək iddiası ilə Çinin hüquqi və fiziki şəxslərini sanksiya siyahısına əlavə edib.
Rəsmi Pekin ABŞ-ın qərarını qınayaraq Vaşinqtonun birtərəfli “uzun əl” yurisdikasiyasına etirazını bildirib. “ABŞ-ın birtərəfli sanksiyalarının ayrı-seçkisiz tətbiqi qlobal miqyasda böyük ziyan vurub, digər ölkələrin suveren təhlükəsizliyini ciddi şəkildə pozub, humanitar faciələrə səbəb olub, istehsal və təchizat zəncirlərinin sabitliyini pozub”, - deyə Çin XİN rəsmisi bildirib.
Çin diplomatı Rusiya-Ukrayna böhranı başlayandan sonra ABŞ sanksiyalarının daha zərərli olduğunu, bu addımların problemi həll etməkdənsə, dünyada əsas risk mənbəyinə çevrildiyini deyib.
Qeyd edək ki, ABŞ Rusiya və Çinə qarşı sanksiyalar siyahısını genişləndirib. ABŞ-ın sanksiyalar siyahısına Rusiya və Çindən 30-dan çox fiziki və 200-dən çox hüquqi şəxs daxil edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]