RƏSMİ VAŞİNQTON GÜRCÜSTANI AZƏRBAYCAN VƏ AVROPA İLƏ BAĞLAYAN NƏQLİYYAT ƏLAQƏSİNİN KƏSİLMƏSİNDƏN NARAHATDIR
Dövlət Departamentinin mətbuat katibi Aslan Abaşidzeni, əvvəldən razılaşdığı kimi, silahı yerə qoymağa çağırmışdır. Riçard Bauçerin fikrincə, Acarıstan liderinin son addımları belə düşünməyə əsas verir ki, o, Gürcüstanın yeni demokratik hakimiyyətini hərbi münaqişəyə təhrik etməyə çalışır.
Ötən iki gün ərzində ABŞ rəsmilərinin həm Vaşinqtonda, həm Tbilisidə gürcü və acar rəsmiləri ilə təmasda olduğunu deyən Bauçer, məsələnin Rusiya xarici işlər naziri Lavrov və ümumiyyətlə, Rusiya hakimiyyəti ilə müzakirələrdə hallandırıldığını da bildirmişdir. Rəsmi Vaşinqton prezident Saakaşvilinin gücə əl atmamaq, Acarıstanda qanunun aliliyini siyasi yolla bərpa etmək istəyini alqışlayır. «Bizim üçün əsas məsələ ondan ibarətdir ki, Acarıstan Gürcüstanın tərkib hissəsidir.»
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:21]
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər
- 01.10.2026 [13:00]