Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Bakı, 28 may, AZƏRTAC
28 may - Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar, ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilib, sənədli və bədii filmlər nümayiş olunub.
Eyni zamanda, ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan Milli Qəhrəmanları və Sovet İttifaqı Qəhrəmanlarının abidələri, Şəhidlər xiyabanları ziyarət edilib, abadlıq işləri aparılıb.
Hərbi hissələrdə bayram konsertləri, kütləvi hərbi vətənpərvərlik və digər tədbirlər keçirilib.