Respublika Uşaq Kitabxanası ilə şagirdlər arasında online görüş keçirilib
Bakı, 15 aprel, AZƏRTAC
Bakı şəhəri Xətai rayonu 95 nömrəli məktəbinin 8-ci sinif şagirdləri, “525-ci qəzet”in baş redaktoru, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova arasında növbəti online görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşün keçirilməsində məqsəd koronavirus infeksiyasının ölkə ərazisində yaratmış olduğu vəziyyətlə əlaqədar kitabxananın virtual xidmət göstərdiyi günlərdə oxuculara saytdan düzgün istifadə qaydalarını izah etmək, evdə qaldıqları müddətdə onlara maarifləndirici tövsiyələr vermək olub.
Görüş zamanı Rəşad Məcid uşaqlarla geniş diskussiya apararaq öz əsərləri haqqında geniş məlumat verib.
Görüş çərçivəsində Ş.Qəmbərova şagirdlərin təhsilə və kitaba olan marağını yüksək qiymətləndirib, kitabxananın online səhifəsi və elektron kitabxana haqqında geniş məlumat verib. O, müasir dövrdə hər kəsə elektron kitabxanaların resurslarından səmərəli istifadə etməyi tövsiyə edib.
Görüş uşaqlarda xoş təəssüratlarla yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [12:31]
7:30-da dayanan saat: Xavər Vəkilovanın xatirələri
- 07.09.2026 [12:17]
Milli Xalça Muzeyində Nərmin Nəcəfin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq
- 07.09.2026 [12:03]