Respublika Uşaq Kitabxanasında “Dünya uşaqların pəncərəsindən” adlı sərgi təşkil olunacaq
Bakı, 30 may, AZƏRTAC
İyunun 1-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Dünya uşaqların pəncərəsindən” adlı sərgi təşkil olunacaq.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan sərgidə rəssamlığa dair kitablar, “Silsilə” incəsənət studiyasının uşaq və valideynlərinin rəsm əsərləri nümayiş etdiriləcək. Ş.Ələkbərova adına 20 nömrəli musiqi məktəbinin şagirdlərinin çıxışı tədbirə bayram əhval-ruhiyyəsi qatacaq. İştirakçılar, həmçinin kitabxananın incəsənət şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış videoslaydları izləyə biləcəklər.
Uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Tədbiri keçirməkdə əsas məqsəd kitabxananın fəal, istedadlı oxucularının rəsm əsərlərini təqdim etmək və uşaqlara bayram sevinci bəxş etməkdir.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, xalq rəssamı Arif Hüseynov, Səbail rayonu 23 nömrəli məktəbin ibtidai sinif şagirdləri, uşaq yazıçıları, kitabxana əməkdaşları, KİV nümayəndələri iştirak edəcəklər. Fəal iştirak edən uşaqlara diplom və hədiyyələr veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]