Respublika Uşaq Kitabxanasında “İlk folklor antologiyasının banisi” mövzusunda elmi konfrans keçiriləcəkdir
Bakı, 26 dekabr (AZƏRTAC). Dekabrın 29-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Firidun bəy Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr edilmiş “İlk folklor antologiyasının banisi” mövzusunda elmi konfrans keçiriləcəkdir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə ədəbiyyat tədqiqatçılarının, F.Köçərlinin qohumlarının, mədəniyyət işçilərinin, uşaq şairlərinin və yazıçılarının, 144, 189 nömrəli məktəblərin şagird və müəllim kollektivlərinin iştirakı nəzərdə tutulmuşdur.
Firidun bəy Köçərlinin 150 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013-cü il 14 fevral tarixli Sərəncamı əsasında bir sıra tədbirlər keçirilmişdir. Görkəmli ədəbiyyatşünasın yubiley tədbirləri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi və kitabxananın sifarişi ilə çap edilmiş F.Köçərlinin “Balalara hədiyyə” kitabı, “Vətən, millət fədaisi” mövzusunda kitab sərgisi təqdim olunacaq və slaydlar nümayiş etdiriləcəkdir.
Tədbirdə ibtidai sinif şagirdlərinin ifasında “Tıq-Tıq xanım”, “Şəngülüm, Şüngülüm”, uşaq oyunları göstəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]