RİQADA MƏKTƏBLİLƏR ARASINDA SİQARET ÇƏKİLMƏSİNƏ QARŞI MÜBARİZƏ AKSİYASI BAŞLANMIŞDIR
Latviyada siqaretçəkmə ilə mübarizə problemi olduqca aktualdır. Son məlumatlara görə, 2,3 milyon əhalisi olan ölkədə kişilərin 47 faizi, qadınların isə 18 faizi siqaret çəkir. Bu zərərli vərdiş üzündən əmələ gələn xəstəliklərdən hər gün 12 adam vəfat edir.
Latviya hökuməti siqaretçəkmə ilə mübarizəyə dair xüsusi proqram həyata keçirir. 2010-cu ilədək siqaretin qiymətini 5 dəfə artırmaq, yetkinlik yaşına çatmayanlar üçün siqaret alanlara cəza tətbiq etmək planlaşdırılır. Hazırda bir neçə qutu siqaret alanlara mükafat verilməsinə imkan yaradan xüsusi reklam tədbirlərinin keçirilməsinə qadağa qoyulması məsələsi müzakirə olunur. Siqaret qaçaqmalçılığı ilə mübarizə də gücləndiriləcəkdir, çünki ucuz “xəlvəti bazar” siqaretin qiymətinin artırılması kimi tədbirlərin səmərəsini azaldır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]
Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi
- 12.10.2026 [12:33]