Robert Dadli: Yaxın 2 ildə neftin qiyməti 50-65 dollar/barrel arasında dəyişəcək
Bakı, 7 mart, AZƏRTAC
Qarşıdakı 2 ildə neftin bir barrelinin qiymətinin 50-65 dollar arasında olacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilən “IHS Markit CERAWeek 2018” enerji konfransındakı çıxışında BP şirkətinin baş icraçı direktoru Robert Dadli deyib.
O qeyd edib ki, neftin qiymətinin ucuzlaşmağa başladığı 2014-cü ilin ikinci yarısından etibarən keçən ilə qədər qlobal neft bazarı çətin günlər keçirib. Neft şirkətləri bir barrel nefti 100 dollar əvəzinə hazırda 60 dollara istehsal edir. Şirkətlər artıq daha yaxşı və balanslıdırlar.
“Ehtiyatlar azaldığı zaman yaxşı texnologiyalarla daha çox iş görüldüyünü müşahidə etdik. Bu, texnologiyada digital inkişafın təmin etdiyi istehsaldakı irəliləmə sayəsində oldu”, - deyə R.Dadli əlavə edib.
Bərpaolunan enerji mənbələrinin inkişafına baxmayaraq yaxın gələcəkdə neft və təbii qazın qlobal enerji tələbatındakı payının ən az 40 faiz olacağının nəzərdə tutulduğunu deyən BP şirkətinin baş icraçı direktoru bildirib: “Bərpaolunan enerji üçün atılan addımlar çətinlikləri aşmağa kömək etməyəcək. Bunun əvəzinə karbon emissiyalarını azaltmaq üçün birgə səylər göstərilməlidir. İqtisadiyyatın bütün sektorları ilə yanaşı istehlakçılar da karbon emissiyasını azaltmaqda iştirakçılardan olmalıdır. BP kimi neft-qaz sektorundakı digər beynəlxalq şirkətlər də bərpaolunan enerji və karbon emissiyasını azaldacaq texnologiyaları inkişaf etdirir. Bu şirkətlərin birgə çalışması məqsədəuyğun olar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]