Azərbaycan Dövlət İnformasiya Agentliyi

Robert Mobili: Blinkenin bəyanatı siyasi möhtəkirlikdən başqa bir şey deyil

Robert Mobili: Blinkenin bəyanatı siyasi möhtəkirlikdən başqa bir şey deyil

Bakı, 9 yanvar, AZƏRTAC

ABŞ Dövlət katibinin Azərbaycanda dini etiqad azadlığının məhdudlaşdırılması ilə bağlı bəyanatının arxasında heç də dini qayğıkeşlik deyil, siyasi çalarlar dayanır. Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycandakı Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili bildirib.

-ABŞ-ın Dövlət katibi Antoni Blinken bu yaxınlarda verdiyi bəyanatında guya dini etiqad azadlıqlarını pozulması hallarının olduğu ölkələr siyahısında Azərbaycanın da adını çəkib. Ölkəmizdəki dini konfessiyaların nümayəndələri artıq müvafiq bəyanatlarla çıxış ediblər. Amerika administrasiyası faktiki olaraq öz siyasi ambisiyalarının və erməni lobbisinin planlarının əsirinə çevrilib və bu, onu açıq-aşkar absurd vəziyyətinə salıb...

-Azərbaycanın dini etiqad azadlıqlarının potensial olaraq pozulması üzrə nəzarət tələb edən ölkələrin siyahısına əlavə edilməsi təəssüf hissi doğurur. Bu, tamamilə ədalətsiz, qərəzli yanaşmadır və məlumdur ki, siyasi məqsəd daşıyır. Azərbaycan özünün çoxəsrlik multikulturalizm ənənələri ilə tanınır. Ölkəmizdə müxtəlif dini konfessiyaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayır, öz dini ayinlərini sərbəst şəkildə icra edirlər. Bunu haçansa ölkəmizi ziyarət etmiş hər kəs təsdiq edə bilər.

Qeyd etməliyəm ki, mən şəxsən beynəlxalq dini azadlıqlar üzrə ABŞ Komissiyasının müzakirələrində iştirak etmişəm, Azərbaycandakı dini etiqad azadlığından danışmışam, komissiya üzvlərini ölkəmizə gəlməyə və vəziyyətlə yerində tanış olmağa dəvət etmişəm. Yəni hesabat kimlərinsə uydurmaları əsasında deyil, faktlara uyğun tərtib edilməlidir. Aydın olur ki, ABŞ-ın ittihamları siyasi məqsəd daşıyır. Bunun arxasında təkcə erməni lobbisi deyil, həm də başqa anti-Azərbaycan dairələr dayanır.

Azərbaycan çoxkonfessiyalı ölkədir, burada dinə və mədəniyyətə həmişə hörmətlə yanaşıblar. Ölkəmizdə məscidlər, sinaqoqlar, kilsələr, Bakının ən mərkəzində isə erməni kilsəsi var.

Zənnimcə, ABŞ Dövlət katibinin Azərbaycanda dini etiqad azadlığının məhdudlaşdırılması ilə bağlı bəyanatı siyasi möhtəkirlikdən başqa bir şey deyil və bu, arxasında heç də dini qayğıkeşliyin deyil, siyasi məqsədlərin dayandığı ikiüzlülükdür.

-ABŞ-ın ittihamları qeyri-ixtiyari olaraq sual doğurur: “Bəs hakimlər kimidir?” Birləşmiş Ştatları dini tolerantlıq nümunəsi adlandırmaq düzgün olmazdı. Bu barədə Sizin fikrinizi bilmək istərdim.

-Fikrimcə, Amerika dini dözümsüzlük və dindarların hüquqlarının pozulması barədə uydurma ittihamlarla çıxış edərkən özünün geosiyasi opponentləri ilə haqq-hesab çəkməyə çalışır və onların daxili işlərinə müdaxilə etmək üçün bəhanə axtarır. 2000-ci illərin əvvəlində əsas hədəfin Türkiyə olduğunu hamı xatırlayır. ABŞ-da keçirilən sosial sorğular dini zəmində, xüsusən islamofobiya üzrə ayrı-seçkiliyin olmasına dair danılmaz faktları göstərir. Xatırlayırsınızsa, Trampın dövründə yeddi müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişi qadağan edilmişdi. Bayden bu siyasəti yumşaltdı, amma Birləşmiş Ştatlarda dini zəmində ayrı-seçkilik faktları ildən-ilə artır. Avropada da belə hallar mövcuddur. Elə Fransanı götürək. Mən özüm şahidəm ki, sinaqoqa getmək üçün konvoyların sırasından keçməli olduq, hərçənd bu, Tanrının məbədidir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar həmişə açıqdır və onlara giriş tamamilə sərbəstdir. Bu səbəbdən dindarların heysiyyətini təhqir edən belə halların olduğu ölkələrdən tolerant Azərbaycanın ünvanına ittihamlar eşitmək çox anlaşılmazdır.

─ Zəhmət olmasa deyin, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın dini abidələrini hansı vəziyyətdə gördünüz?

─ Çox aktual, deyərdim ki, gündəmə aid olan sualdır. İcmamız bu abidələri ziyarət edib. İslam irsi praktiki olaraq yer üzündən silinib. Alban mədəniyyəti abidələri də acınacaqlı vəziyyətdə idi, bir çoxu dağıdılıb. Ermənilər məscidlərdə və alban məbədlərində mal-qara saxlayır, yəni onlardan tövlə, bəzi dini abidələrdən isə silah anbarı kimi istifadə edirdilər. Bir sıra alban abidələri - Kəlbəcərdəki Xudavəng monastır kompleksi, həmçinin Hadrut və Laçındakı abidələrə qarşı vandallıq edilib, onların görkəmi dəyişdirilib, erməniləşdirilib. Söhbət kilsələrdə və interyerdə olan xaçlardan gedir. Yeri gəlmişkən, Azərbaycan dövlətinin dini abidələrə münasibətini açıq şəkildə nümayiş etdirən bir mühüm faktı mütləq qeyd etməliyəm. Vətən müharibəsi vaxtı Nic kəndində Müqəddəs Məryəm kilsəsi əsaslı təmirdən sonra istifadəyə verildi. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak etdilər. Kilsə Heydər Əliyev Fondu tərəfindən təmir edilib. Bu, Azərbaycan dövlətinin dini dəyərlərə hörmət və qayğısının bariz təzahürü deyilmi?! Məncə, cavab aydındır!

-Sonuncu sualım. Siyasi məsələləri dinlərarası konfrontasiya müstəvisinə köçürmək cəhdləri əvvəllər də olub. Xoşbəxtlikdən, Azərbaycan rəhbərliyinin müdrik, düşünülmüş addımları sayəsində onların qarşısı alınıb. Bu tendensiyaların törətdiyi təhlükə nədən ibarətdir? Mümkündür ki, bu istiqamətdə daha çox maarifləndirmə işləri aparılsın...

-Bəli, tamamilə haqlısınız, bu cəhdlər əvvəllər də edilib. Onların məqsədləri siyasi proseslərə dini məzmun vermək və bununla da revanşist istəkləri alovlandırmaq üçün insanların hisslərinə təsir etməkdir. Azərbaycanla Ermənistanın sülh sazişi imzalamağa yaxın olduğu indiki vaxtda ABŞ hakimiyyət orqanlarının bu cür bəyanatlar verməsinin səbəbi hər kəsə aydındır. Vaşinqton və Fransa vasitəçilik missiyasına qayıtmaq istəyirlər, lakin onlar artıq özlərini gözdən salıblar və bu gülünc ittihamlar çətin ki, etimadın yaranmasına kömək etsin. Dini möhtəkirlik halları, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri var. Bir daha qeyd edim ki, Azərbaycan tolerant, multikultural ölkədir ki, burada həm ümumilikdə dövlət, həm də hər bir vətəndaş bütün dinlərə hörmətlə yanaşırlar.

Söhbəti apardı Nadiya Qafarova

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ