Robert Sekuta: Biz Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün səylərimizi əsirgəməməliyik
Bakı, 6 noyabr, AZƏRTAC
Qırx dörd günlük müharibədə Azərbaycan əzəli torpaqlarını işğaldan azad edib. Bu yeni vəziyyət Azərbaycanı bu ərazilərdə söz sahibi edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda panel iclasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta bildirib.
Azərbaycanın sülh müqaviləsinə meyilliliyini təqdirəlayiq hesab edən ABŞ-ın sabiq səfiri deyib ki, 30 il ərzində davam edən münaqişə azərbaycanlılarla ermənilər arasında düşmənçilik münasibətləri formalaşdırıb. Biz Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması üçün səylərimizi əsirgəməməliyik. Bu prosesin canlanmasına müsbət təsir göstərməliyik.
O, həmçinin əlavə edib ki, tədqiqatlar nəticəsində Cənubi Qafqazın dünyaya az inteqrasiya etdiyini görmək mümkündür. Regionun inkişafı həm də burada sülhün, sabitliyin bərqərar edilməsi potensialını artıracaq. İki ölkə arasında iqtisadi əməkdaşlıq barədə danışıqlar daha da genişləndirilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 14.08.2026 [14:39]
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub
- 14.08.2026 [11:07]
Pakistan Müstəqillik Gününü qeyd edir
Siyəzəndə restoran yanıb
- [12:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib
- 16.08.2026 [23:51]
Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır
- 16.08.2026 [23:29]
Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib
- 16.08.2026 [23:19]