Roberto Bordin: Sonadək mübarizə aparıb, nəticəni qoruya bildik
Bakı, 4 fevral, AZƏRTAC
Oyuna yaxşı başlamadıq. Bununla belə, sonradan özümüzə gəldik, yaxşı hücumlar qurmağa başladıq. Matçın bizim üçün yaxşı getdiyi məqamda futbolçumuz qırmızı vərəqə aldı. Buna baxmayaraq, sonadək mübarizə aparıb, nəticəni qoruya bildik. Bu münasibətlə futbolçularımızı təbrik edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XV turunda "Qarabağ"la (1:1) keçirilən oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Baş məşqçi, həmçinin bildirib: "Azlıqda qaldıqdan sonra hesabı qoruyub saxlamağa nail olduğumuz üçün deyə bilərəm ki, uğurlu nəticədir. Qırmızı vərəqəyə qədər komandamız gözəl oyun nümayiş etdirdi. Rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratdıq. Azlıqda qalandan sonra isə əks-hücumlara üstünlük verdik. Azarkeşlərimizə təşəkkür edirəm. Stadiona gəlib, bizi sonadək dəstəklədilər. Sanki evdə oynayırdıq. Onları növbəti matçlarda da gözləyəcəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]