ROMA ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ ÜÇÜN 130 MİLYON AVRO LAZIMDIR
İdarə abidələr problemi ilə 2005-ci ildən məşğul olmağa başlamışdır. Ötən il Palatin təpəsində 15 metr hündürlüyündə divarın bir hissəsi uçmuş, xoşbəxtlikdən, zərərçəkən olmamışdı.
Palatindəki abidələr son illər İtaliyada yağan güclü yağışlar və havanın çirklənməsi üzündən dağılır. Onların tam bərpası 10 il çəkəcəkdir. Lakin İtaliya hökuməti yaxın bir neçə il ərzində ölkənin bütün abidələrinin bərpası üçün ildə yalnız 60 milyon avro ayıra bilər.
Açıq havada yerləşən qoruq-muzeyə bilet satışından ildə 25 milyon avro gəlir əldə edilir. Əfsanəvi təpəyə hər il 4 milyon turist gəlir. İtaliyada məşhurluğuna görə onunla yalnız Kolizey müqayisə oluna bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]