Roma Papası: Yaxın Şərqə müharibə yox, sülh lazımdır
Vatikan, 11 oktyabr, AZƏRTAC
Yaxın Şərqdə müharibəyə yox, ədalət, dialoq və qardaşlıq üzərində qurulmuş sülhə ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.
Qəzza zolağında yaşayanlardan narahatlığını ifadə edən Papa Fransisk bildirib: “Hücuma məruz qalanların özlərini müdafiə etmək hüququ var. Lakin mən fələstinlilərin yaşadıqlarına və çoxsaylı günahsız qurbanın olduğu Qəzzada hərtərəfli blokadaya görə çox narahatam. Terrorizm və ekstremizm israillilər və fələstinlilər arasında münaqişənin həllinə kömək etmir. Əksinə nifrət, zorakılıq və qisas hissini alovlandırır və bu, hər iki xalqa əzab verməkdən başqa heç nəyə yaramır”.
Roma Papası İsrail və Fələstində baş verənləri ağrı və təşvişlə izlədiyini, çoxlu sayda insanın həlak olması və yaralanmasına görə narahatlığını ifadə edib. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, girovların dərhal azad olunmasının vacibliyini vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:23]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]