ROMADA PAPANIN ÜNVANINA HƏDƏ FAKTLARINA DAİR CİNAYƏT İŞİ AÇILMIŞDIR
Papa XVI Benediktin Almaniyanın Regensburq Universitetinin müəllim və tələbələri qarşısında çıxışından sonra “Əl-Qaidə” və İraqın “Mücahidlər ordusu” qrupunun üzvləri Romaya və Vatikana zərbə endirməklə hədələmişlər. Yaraqlıların internetdə yayılmış bəyanatında deyilir: “And içirik ki, onların Romanın ürəyindəki xaçını dağıdacağıq, elə öz ərazinizdəcə taxt-taclarınızı və xaçlarınızı məhv etməyincə sakitləşməyəcəyik”.
Pontifik dindarlarla ənənəvi görüşündəki çıxışında təəssüfləndiyini bildirmişdir ki, onun Regensburq Universitetindəki mühazirəsi düzgün başa düşülmədi və müsəlman dünyasında etirazlar doğurdu, halbuki “bu çıxış dialoqa təkan idi”. O demişdir: “Çıxışımdan kiçik bir parçanın doğurduğu reaksiyaya görə bütün varlığımla təəssüflənirəm. Bu, əslində, orta əsr mətnindən bir sitat idi və o, mənim öz mövqeyimi əsla əks etdirmir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]