Ronaldu ölkəsinin mükafatlarından məhrum edilməyəcək
Bakı, 3 fevral, AZƏRTAC
İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldu Portuqaliya dövlətinin mükafatlarından kənarda qalmayacaq.
AZƏRTAC “AS” saytına istinadla xəbər verir ki, 33 yaşlı hücumçu İspaniyada keçirilən məhkəməsində vergilərdən yayındığına görə 18,8 milyon avro cərimə ödəməyə və 23 ay həbs cəzasına məhkum edilib. Portuqaliya Fəxri Ordenlər Şurası tərəfindən bildirilib ki, futbolçunun yol verdiyi qanun pozuntusu tutarlı olmadığına görə, o, ölkə mükafatlarından məhrum edilməyəcək.
Kriştianu Ronaldu Portuqaliyada ən çox sevilən şəxslərdən biridir. Hücumçu 2014-cü ildə “Milli cəngavər” (İnfante D. Henrique) tituluna, 2016-cı ildə isə Portuqaliya millisi ilə futbol üzrə Avropa Çempionatında qalib gəldiyinə görə “Meritin Böyük Xaçı” ordeninə layiq görülüb.
O, karyerasına 2002-ci ildə Portuqaliyanın “Sportinq Lizbon” klubunda başlayıb. İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid” klublarının formalarını geyinib.
Xatırladaq ki, hücumçu cari mövsümdə “Yuventus”un heyətində 27 oyun keçirib və rəqib qapısına 17 dəfə yol tapıb. Portuqaliya millisində isə 154 oyunda 85 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]