Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rumıniya, Bolqarıstan və Yunanıstan mətbuatı Prezident İlham Əliyevin Çinə səfərindən yazıb

Buxarest, 23 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri Rumıniya mətbuatında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Rumıniyanın milli xəbər agentliyi AGERPRES, “Mediafax” özəl xəbər agentliyi, “News.ro” xəbər portalı, “Pescurt.ro” xəbər portalı, “Gandul” nəşri və digər nüfuzlu media orqanları, o cümlədən “Pro TV” televiziya kanalı, “Prima TV” televiziya kanalı və başqaları Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev arasında Pekində keçirilmiş görüşə həsr olunmuş “Ticarət müharibələri və tariflər qlobal iqtisadi nizamı pozur – Azərbaycanla strateji tərəfdaşlıq güclənir” sərlövhəli məqalələr yazılıb. Çin Xalq Respublikasının Sədri Si Cinpinin “ticarət müharibələri və gömrük tariflərinin tətbiqi bütün ölkələrin qanuni hüquq və maraqlarını pozur, çoxtərəfli ticarət sisteminə zərər vurur və qlobal iqtisadi sabitliyi sarsıdır” fikirlərinə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, bu fikirlər Çində rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən yüksəksəviyyəli görüş zamanı səsləndirilib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 22–24 aprel tarixlərində Pekinə etdiyi rəsmi səfər çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlığın Genişləndirilməsi haqqında Bəyannamə imzalanıb. Tərəflər hüquq, “yaşıl inkişaf”, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və aerokosmik sahələrdə 20-yə yaxın əməkdaşlıq sənədinə imza atıblar.

Bundan əlavə, Azərbaycan və Çin arasında vizasız rejim tətbiq olunacağı açıqlanıb. Görüşdə, həmçinin ekoloji cəhətdən təmiz və yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsullarının ticarətinin genişləndirilməsi və bərpaolunan enerji sahəsində ortaq layihələrin həyata keçirilməsi müzakirə olunub.

Çin hökuməti, həmçinin sərhədlərarası maliyyə xidmətlərini asanlaşdırmaq və yuanın beynəlxalq istifadəsini artırmaq məqsədilə yeni təşəbbüslər irəli sürüb. Bu plan, xüsusilə dövlət müəssisələrinin xarici əməliyyatlarında yuanla ödənişlərin prioritetləşdirilməsini nəzərdə tutur.

Qeyd olunub ki, bu cür əməkdaşlıq qlobal ticarətə töhfə verməklə yanaşı, dünya iqtisadiyyatında sabitliyin qorunmasında mühüm rol oynayacaq. Vurğulanır ki, Azərbaycanın bu prosesdə fəal iştirakı və tərəfdaşlıq ruhu Çin tərəfindən yüksək qiymətləndirilir.

Bolqarıstanın “Fakti.bg” xəbər portalı, BTA xəbər agentliyi, BNT televiziya kanalı, “News.bg” xəbər portalı, Yunanıstanın “Protothema”, “Efsyn”, “News24/7” xəbər portalı və digər nüfuzlu media orqanları “Si Cinpin: Gömrük rüsumları və ticarət müharibələri qlobal iqtisadi nizama zərər vurur – Çin və Azərbaycan arasında əməkdaşlıq daha da güclənir” sərlövhəli məqalələr dərc ediblər.

Yazılarda Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, gömrük rüsumları və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarını pozur, çoxtərəfli ticarət sistemini sarsıdır və dünya iqtisadi nizamına ciddi ziyan vurur. Diqqətə çatdırılıb ki, bu bəyanatı Si Cinpin Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən yüksəksəviyyəli görüş zamanı səsləndirib.

Bildirilir ki, Si Cinpin çıxışında Çin ilə Azərbaycanın beynəlxalq sistemin müdafiəsində və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsində birgə çalışmasının vacibliyini vurğulayıb.

Görüş çərçivəsində “Hərtərəfli Strateji Tərəfdaşlıq” elan olunub və tərəflər arasında hüquq, yaşıl inkişaf, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və kosmik araşdırmalar da daxil olmaqla 20-yə yaxın mühüm saziş imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyev, Çin ilə olan əlaqələrin yalnız iqtisadi sahədə deyil, həm də geosiyasi və strateji istiqamətlərdə gücləndiyini vurğulayıb. Bildirilir ki, Azərbaycanın 2013-cü ildən bəri “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olması, bu əməkdaşlığın nə qədər möhkəm təməl üzərində qurulduğunu göstərir.

Azərbaycanın yerləşdiyi geostrateji mövqeyə toxunulur. İran, Rusiya, Gürcüstan və Ermənistanla həmsərhəd olması onu Çinin bu təşəbbüsündə əsas tərəfdaşlardan birinə çevirir. Qeyd olunub ki, tərəflər regional sabitlik, nəqliyyat əlaqələrinin inkişafı və enerji təhlükəsizliyi sahələrində də əməkdaşlığı gücləndirməyi planlaşdırırlar.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir