Rumıniya KİV-i Qlobal Bakı Forumu barədə məlumatlar yayıblar
Buxarest, 5 noyabr, AZƏRTAC
Rumıniyanın qabaqcıl “News24hours” xəbər portalı Prezident İlham Əliyevin Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirləri yayıb.
Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı təklifə hələ də cavab verməməsi, eləcə də Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı konstruktiv təklifi barədə dövlətimizin başçısının səsləndirdiyi fikirlər AZƏRTAC-a istinadla xəbər və video formatda oxucuların diqqətinə çatdırılıb.
Məqalələrdə COVID-19 pandemiyası, Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlərdən də bəhs edilib, forumun aparıcı beynəlxalq təsisatlardan birinə çevrildiyi vurğulanıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 14.08.2026 [14:39]
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub
- 14.08.2026 [11:07]