Rumıniyada koronavirusa gün ərzində yoluxanların sayı 10 mini keçib
Buxarest, 7 noyabr, AZƏRTAC
Rumıniyada koronavirusa yoluxanların sayı 287 min 62 nəfərə çatıb. AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 10260 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 7663 nəfərdir, 195 min 971 nəfər sağalıb.
Qeyd edək ki, noyabrın 9-dan ölkədə daha sərt karantin rejimi tətbiq ediləcək. Axşam 23:00 sonra evdən çıxmaq tövsiyə olunmur, məktəblərdə dərslər onlayn keçir, mağazalar daha tez bağlanır, bütün ölkə ərazisində həm qapalı həm açıq məkanlarda maska taxmaq icbaridir. Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]
Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
- 12.06.2026 [15:59]
Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb
- 12.06.2026 [15:51]
Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib
- 12.06.2026 [15:30]