RUSİYA ABŞ-DAN MAL ƏTİ VƏ ONDAN HAZIRLANAN MƏHSULLAR GƏTİRMƏYƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri Moskvadan xəbər verir ki, bu qərara səbəb ABŞ-da inəklərin mal quduzluğu xəstəliyinə tutulması olmuşdur. Hazırda Amerikadan mal ətinin idxalına Cənubi Koreya, Sinqapur və Yaponiya da qadağa qoymuşdur.
Yaponiya Amerikadan göndərilən mal ətinin ən iri istehlakçısı hesab olunur. Təkcə 2002-ci ildə ABŞ Yaponiya bazarını 842 milyon dollar dəyərində mal əti və ondan istehsal olunmuş məhsullarla təchiz etmişdir.
Mütəxəssislərin fikrincə, bu məhsulların gətirilməsinə çox ölkədə qadağa qoyulacaq və bu da Amerikanın ət sənayesinə böyük maliyyə zərəri vuracaqdır. Vaxtilə Kanadada qeydə alınmış mal quduzluğu xəstəliyi bu ölkəyə 3,3 milyard Kanada dolları həcmində zərər vurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]