RUSİYA AZƏRBAYCAN NEFTİNİN TRANZİTİ HAQQINDA ONUNLA UZUNMÜDDƏTLİ SAZİŞ İMZALANMASINDA MARAQLIDIR
O demişdir ki, biz Azərbaycan neftinin Rusiya ərazisi ilə tranziti haqqında uzunmüddətli saziş imzalanmasının mümkünlüyü barədə azərbaycanlı həmkarlarımızla danışıqlar aparırıq. İstərdik ki, belə bir strateji saziş Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya qarşıdakı çox mühüm səfəri çərçivəsində imzalansın, lakin bu sənəd hələ hazır deyildir, ona görə də Azərbaycanla köhnə saziş əsasında işləyirik. Nazirin sözlərinə görə, Rusiya Azərbaycan neftinin Bakı-Mahaçqala-Novorossiysk boru kəməri ilə tranzitinin həcmini indiki 2,5-2,7 milyon tondan 5 milyon tonadək artırılmasını istəyir.
İ.Yusufov Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi barədə suala cavab verərək demişdir: “Mən bu boru kəməri ilə bağlı vəziyyəti şərh etmək istəməzdim. Bu, suveren Azərbaycan dövlətinin öz işidir və əgər layihə uğurla başa çatdırılarsa, biz yalnız şad olarıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]