RUSİYA DÖVLƏT DUMASI OYUN BİZNESİNİ QADAĞAN EDƏCƏK
Qanuna əlavə olunmuş izahat məktubunda deyilir ki, düzəliş edilməsi zəruriyyəti kazinoların və digər oyun müəssisələrinin xeyli artması, habelə ümumən sosial gərginliyin çoxalması ilə bağlıdır. Əvvəlkilərdən fərqli olaraq bu dəfə düzəliş təklifini ayrı-ayrı deputatlar deyil, Dövlət Dumasının vəzifəli şəxsləri və “Yedinaya Rossiya” fraksiyası irəli sürmüşlər. Bu isə vergi daxilolmalarının 1 milyard dollardan çoxunu verən və 550 min adamın işlədiyi sahənin bağlanması ehtimalının böyük olması deməkdir. Layihənin müəlliflərindən biri Natalya Burıkina “Kommersant” qəzetinə müsahibəsində bildirmişdir ki, federal əhəmiyyətli şəhərlərin xüsusi statusu var. Burada insan xarakterinin zəif cəhətlərindən istifadə edən biznes fəaliyyət göztərməməlidir. İnsanların öz sağlamlığını bərpa etmək və dincəlmək üçün gəldikləri şəhərlərdə də bu cür müəssisələrə yer yoxdur. Məsələn Çində oyun biznesi yalnız Makao adasında cəmlənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]